Qanadsız Mələk
Bu kategorideki tüm yazılar en yeniden eskiye doğru sıralanmıştır. Aşağıdan göz atabilir, diğer kategorilere geçebilirsiniz.
Aysel Şıxlı: Anlamlı Sözler
Aysel Şıxlı'dan derlenen bu 100 söz, okurların yıllardır en çok paylaştığı satırlardandır. En Beğenilen Aysel Şıxlı Sözleri - Nə deyim, qara qız? Əvvəl daha dolu idin sanki. Necə deyim... Daha həyat dolu, daha hay-küylü, Enerjin daha çox idi sanki... - Hayat... -Nə həyat? - Həyat sakitləşdirir adamı,- 📖 Sayfa 6 · Qanadsız Mələk, Aysel Şıxlı Sanki ürəyimin qapısını açıb içəri boylana bilirdi. Məni yarı sözdən anlayırdı. Düşündüyümü məndən qabaq düşünür, demək istədiyimi məndən qabaq deyirdi. Hətta bəzən eyni şeyləri hiss etdiyimizi düşünürdüm. Sanki bir- birimizi görməsək, danışmasaq belə, ayrı-ayrı yerlərdə eyni duyğuları yaşayırdıq. Üz-üzə gəldiyimiz zaman bəzən, sadəcə, bircə baxışla belə bir-birimizi anlaya bilirdik... Sirdaşıma, yoldaşıma, qısası, can dostuma çevrilmişdi. 📖 Sayfa 8 · Qanadsız Mələk, Aysel Şıxlı Həmişə özümlə baş-başa idim mən, görünmürdüm gözə. Məndən yan keçirdilər. Mən izləməyi sevirdim, qıraqlarda, bir yerlərdə... Çox danışmazdım. İnsanlar mənə day...